Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri də iştirak edəcək.
V. Putin əvvəlcə İ. Əliyev və S. Sarkisyanla ayrılıqda görüşəcək. Danışıqlar daha sonra üçtərəfli formatda davam etdiriləcək.
Görüşdə prezidentlər İ. Əliyev və S. Sarkisyanın mayın 16-da Vyanada keçirilmiş görüşündə əldə olunan razılaşmaların, o cümlədən təmas xəttində baş verən insidentlərlə bağlı ATƏT-in araşdırma mexanizminin işə salınması və Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların bərpası müzakirə olunacaq.
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik \”Twetter\” hesabında bu gün Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla qarşılıqlı inam yaratmaq, etimadyaradıcı tədbirləri sürətləndirmək və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çərçivə sazişi üzərində iş üçün şərait yaratmaq məqsədi ilə görüşəcəklərini yazıb.
İnterpress.az