DİN-in mətbuat xidmətindən verilən məlumata görə, dünən axşam saatlarında Əsrik çayının rayonun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan qadının Aşağı Quşçu kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədova olduğu məlum olub. Onun bıçaqlanaraq qətlə yetirildiyi bildirilir.
Faktla bağlı Tovuz rayon Prokuroluğöunda cinayət işi açılıb araşdırma gedir.
Fotoşəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və ya kimliyi barədə hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (022) 295-14-97 nömrəli şəhər, eyni zamanda, (050) 392-02-21, (055) 221-52-48 və (050) 366-66-62 nömrəli mobil telefonlara zəng edərək Qazax Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
İnterpress.az