Bakıda kreditlə alınan avtomobil kül oldubackend

Bakıda kreditlə alınan avtomobil kül oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında Sabunçu rayonunda hərəkətdə olan Vaz 21 015 markal avtomobilin müəhhərik sistemində qəfil alışma baş verib. Sürətlə gedən avtomobilin alovlanmasını ətrafdakılar görüb.

Avtomobilin sürücüsü Fərasət Şıxıyev isə ətrafdakı sürücülərin əl işarəsi ilə avtomobili saxlayıb. O, avtomobildən çıxan kimi maşın tamamilə yanmağa başlayıb. Alovun qarşlsını isə FHN-in yanğınsöndürmə xidmətinin əməkdaşları ala bilib.

Alovun qarşısı alınsa da artıq gec olub. sürücünün avtomobilə aid sənədləri və digər vacib əşyalarıda yanaraq külə dönüb.

Avtomobili kreditlə alan sürücü avtompbilində indiyə kimitexniki qüsur olmadığını deyib. Alovun dəqiq nə səbəbdən baş verdiyini isə əraziyə cəlb edilmiş FHN-in yanğına nəzarət xidməti və yol patrul xidmətinin əməkdaşları araşdırır. Bunun üçün külə dönmüş avtomobil evakutr vasitəsilə cərimə meydançasına aparılıb. (ans)

İnterpress.az