Hadisə şahidlərinin verdiyi məlumata görə, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində oğlan öz sevgilisi ilə mübahisə edib. Mübahisə zamanı qız oğlana bir-iki sillə vurub. Əsəbləşən oğlan isə yumruqla qıza cavab verib. Zərbənin təsirindən qız huşunu itirib.
Yaxınlıqdaklı insanlar qıza yardım etsələr də onu özünə gətirə bilməyib. Oğlan isə qızı yalandan özünü ürəyi gedən kimi göstərdiyini deyərək onu taksiya mindirərək ərazidən uzaqlaşıb.
Hadisə şahidlərindən ürəyi gedən qızı tanıyanlar olub. Bildiriblər ki, qız yaxınlıqdakı kafelerdən birində ofisiant işləyir və oğlan onun qazancı ilə dolanır.
Hadisə şahidləri hadisə yerindən çəkilən videonu da Criminal.az-a göndərib. Həmin videonu təqdim edirik…(criminal.az)
İnterpress.azhttps://youtube.com/watch?v=2PSyBa3h1BQ