Bunu baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə. Həsənov prezidentlərin Sankt-Peterburq görüşündə də Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi məsələsinin qaldırılacağını güman etdiyini bildirib.
Q qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərə sərbəst gedib-gəlməsi qarşı tərəfə böyük zərbə vurub: \”Onlara elə zərbə vuruldu, Ermənistanın bugünkü faşist rejimini elə laxlatdı ki, bu gün də özlərinə gələ bilmirlər. Bütün beynəlxalq təşkilatlara Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müraciətlər göndərildi, təəssüflər olsun ki, məhəl qoyulmadı\”. (apa)
İnterpress.az