Sərhəd pozan 4 erməni saxlanılıb.
Onlar Polşa-Litva sərhədini qanunsuz keçməyə cəhd ediblər. Patrul xidməti tərəfindən Litva nömrəsi olan \”Renault Laguna\” saxlanılıb. Maşında 5 erməni – 3-ü böyük, ikisi isə uşaq olub. Saxlanılan ermənilər 14-41yaş arasında olub. Ehtimala görə, saxlanılanlar bir ailənin üzvləridir.
Polşa Sərhəd Xidmətinin məlumatına görə, ermənilərin pasportlarındakı ştamplar saxta olub.
Ancaq sürücünün Litvada yaşamaq icazəsi olduğu üçün o azad edilib.
İndi saxlanılan qadın və kişini 6 aya qədər həbs cəzası gözləyir. Amma onu 2 il şərti cəza ilə əvəz etmək də mümkündür.
Görünür, Ermənistandakı ağır sosial vəziyyətdən əziyyət çəkən sadə insanlar çıxış yolunu mümkün qədər uzağa qaçmaqda görürlər.(virtualaz.org)
İnterpress.az