Bakıda azyaaşlı yaşadığı evin eyvanından yıxılıb. Daxili İşlər nazirliyindən verilən məlumata görə, hadisə ötən gün Xətai rayonunda baş verib. Rayon ərazisində yaşayan azyaşlı Aylin Səfərova evlərinin (3-cü mərtəbə) pəncərəsindən yıxılıb. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Araşdırma aparılır.
Bənzər hadisə bir neçə gün öncə paytaxtın Suraxanı rayonu ərazisində də baş vermişdi. Yeni Günəşli qəsəbəsində yaşayan 3 yaşlı qız binadna yıxılsa da, xoişbəxtlikdən sağ qalmışdı.
Kərimova Zəhra binanın 3-cü mərtəbəsindəki yaşadığı evin pəncərəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Ağır vəziyyətdə olan uşaq dərhal qonşulardan birinin köməkliyi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına çatdırılıb. (ans)
İnterpress.az