Hücum zamanı ən azı 14 nəfər həlak olub.
Məlumatı polis təhlükəsizlik qüvvələrinin rəsmiləri də təsdiq ediblər.
Səhər saatlarında törədilən partlaşı zamanı 4-ü əfqan olmaqla 5 nəfər yaralanıb. Əfqanıstanın Daxili İşlər Nazirliyinin rəsmisi Sediq Sediqi də məlumatı təsdiq edib. Lakin o, yaralıların 5 yox, 8 nəfər olduğunu bildirib.
Bombalı hücumu Taliban öz üzərinə götürüb. Qrupun sözçüsü Zabiullah Mücahid çıxışında yaralılar və ölənlərin birlikdə 20-dən çox olduğunu qeyd edib.
Qeyd edək ki, hadisə zamanı avtobusda 14 Nepal vətəndaşı və bir neçə əfqan olub.(gununsesi.info)
İnterpress.az