“Prezidentlərin bu gün Rusiyada baş tutacaq görüşündən bir şey gözləmirəm.
Çünki Ermənistan müstəqil ölkə deyil. Onlar Rusiyanın diqtəsi ilə hərəkət edir. Ruslar da Qarabağın Azərbaycana verilməsini istəmirlər. Bu birmənalı olaraq belədir. Putin rus qoşunlarının Azərbaycana qayıtmasını istəyir. Görüşdə Azərbaycan öz iradəsini ortaya qoymalıdır. Ərazi bizimdir, söz sahibi də biz olmalıyıq. İstəyərik oranı bombalayarıq, istəyərik yandırarıq.”
Bunu Müasir Müsavat sədri Hafiz Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycana hazırda daxili həmrəylik lazımdır:
“Görürsünüz ki, xarici mətbuat ölkəmiz haqda nələr yazır? Azərbaycanda olan bir qrup məmur təbəqəsi hər saniyə ölkəyə zərbə vurmaqla məşğuldur. Onlar imkan vermir ki, prezident apardığı siyasəti uğurlu nətəcələndirsin.
Ölkədə daxili həmrəylik lazımdır. Azərbaycandakı məmurların 70 faizindən çoxu Qarabağ probleminin həll olunmasını istəmir. Bu məmurlar ölkəni talamaqla məşğuldur. Prezidentin görüşü ərəfəsində ölkəmizdə əksər vaxtlar təxribat ehtimalları olur.
Bu məmurlar növbəti dəfə belə addım ata bilərlər. Biz bir neçə dəfə belə halların şahidi olmuşuq. Xalq 23 ildir ki, Qarabağın probleminin həll olunmamasına görə məyusdur.
Kabinetlərində oturub katibələrinə aldıqları fransız ətirinin qoxusundan məst olan məmurları isə Qarabağ maraqlandırmır. Amma Azərbaycn xalqı da artıq o xalq deyil. Xalq ayılb və prezidentlə bir yerdədəir.
Biz 90 minlik Müasir Müsavat partiyası olaraq çox böyük təbliğatlar apararaq xalqı prezidentlə həmrəy olmağa çağırmışıq. Bu gün xalqla prezident bir yerdədəir. Mənim qardaşım cəsarətli addım atıb ona xəyanət etmək istəyən o şəxslərə öz yerini göstərməlidir.”(moderator.az)
İnterpress.az