Niyə göy öskürəklə bağlı müraciətlər qeydə alınmır? -Rəsmibackend

Niyə göy öskürəklə bağlı müraciətlər qeydə alınmır? -Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zaman regionlarda kütləvi şəkildə göy öskürək xəstəliyindən vətəndaşlar əziyyət çəkirlər. Sosial şəbəkələrdə, müxtəlif yollarla vətəndaşlar göy öskürək xəstəliyindən şikayətlənir. Amma, mövzuya Səhiyyə Nazirliyinin yanaşması fərqlidir. Belə ki, xəstəliklə bağlı İnterpress.az-a danışan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirir ki, müraciətlər gərək ki, rəsmi olsun. Rəsmi olmadığı halda danışılanlar sadəcə söz – söhbətdir. Biz son iki ildə göy öskürəklə bağlı müraciətlər qeydə almamışıq:

“Azərbaycanda 2014 cü ildən bu günə kimi göy öskürək xəstəliyi qeydə alınmayıb. Bununla bağlı laborator müayinədə aparılmayıb, tibbi diqanoz da qoyulmayıb. Həkim diqanozu qoyulmamış xəstəlik haqda nəsə danışa bilmərik. Regionlardan olan tibb müəssisələrinədə müraciətlər daxil olmayıb. Xəstə olmadığı üçün də diaqnoz da qoyulmur”.

Gülşanə Mustafayeva
İnterpresss.az