Bayraq Meydanının sabiq sədrinin azadlığa buraxılması istənildibackend

Bayraq Meydanının sabiq sədrinin azadlığa buraxılması istənildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim Əlövsət Abbasovun sədrliyi keçirilən prosesdə prokuror çıxış edib. Prokuror Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarovun hər birinin 1il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror həmin müddətin başa çatdığı hesab edilməsini, Rəşad Məmmədovun məhkəmə zalından azadlığa buraxılmasını istəyib.

Hakimlər müşavirəyə gedib. Yaxın saatlarda hökmün elan oluanacğı gözlənilir.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib. Dələduzluqda təqsirləndirilən həmin şəxslərin barələrində həbs-qətimkan tədbiri seçilib. Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.(teleqraf.com)

İnterpress.az