Silah mütəxəssislərimizdən ilk məzunlarbackend

Silah mütəxəssislərimizdən ilk məzunlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli mühəndislərə, silah kanstrukturlarına son dərəcə ehtiyac duyulduğu bir dövürdə fakültədə aparılan işlər və yüksək ixtisaslı mütəxəsislərin hazırlanması istiqamətində həyata keçirilən fəaliyyət artıq öz nəticəsini verməkdədi. Bu il yeni yaradılan fakültənin 70 tələbəsi məzun olacaq.

Tələbələrin buraxılış işləri müdafiəsində iştirak edən rektor, professor Havar Məmmədov fakültənin yaradılmasında əsas məqsədin Müdafiə Sənayesi Nazirliyini xüsusi ixtisaslı mühəndis kadrları ilə təmin etmək olduğunu deyib.

Rektor bildirib ki, bu il ilk məzunlarını buraxan fakültədə tədris çox yüksək səviyyədə qurulub. Havar Məmmədov tələbələrin hər birinin informasiya texnologiyalarından, istehsal üçün vacib olan proqramlardan istifadə bacarığının olmasını yüksək qiymətləndirib və müdafiə sənayesi sahəsində yaxın illərdə xüsusi inkişafın reallaşacağını vurğulayıb.

Tələbələrin müdafiəsi Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnisitutunun direktoru Novruz Abdullayevin rəhbərlik etdiyi Universitetin professor müəllim heyyətindən təşkil olunan Dövlət Atestasiya Komisiyası tərəfindən aparılıb.
Komisiya üzvləri buraxılış işlərinin Müdafi Sənayesi Kompleksinin müəsisələrinin marağına uyğun işlənildiyini və yüksək əhəmiyyət kəsb edən məsələlər olduğunu deyiblər.

İnterpress.az