Lənkəran rusların turizm siyahısındabackend

Lənkəran rusların turizm siyahısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusların bu yay ən çox üz tutacağı ölkələr açıqlanıb. Onların arasında Azərbaycan birincidir. Məlumata görə, bu barədə \”Forbes\” yazır.

Saytın məlumatına görə, iyul və avqust aylarında da ruslar Türkiyə, Misirə gedə bilməyəcəklər. Amma bunun əvəzinə onlara istirahət üçün 10 digər ölkə təklif edilib. Ölkələr həmin siyahıya iki nəfərlik bilet və yeddi günlük otel qiymətlərinə görə daxil edilib (məbləğə oteldə səhər yeməyi, ekskursiya daxildir).

Siyahıya ölkəmizin Lənkəran şəhəri liderlik edir. Qeyd olunur ki, bu şəhər Azərbaycanın ən qədim şəhərlərindən biridir, Xəzər dənizi sahilində yerləşir.

\”Moskvadan Lənkərana təyyarə tez-tez getmir. Buna görə də Bakıya uçmaq lazımdır. Oradan isə avtobus və xüsusi maşından istifadə etmək olar. Turistlər Mirəhməd Xanın evini, qədim məkanları gəzə bilərlər. Lənkəran səyahəti üçün 50 900 rubl (təxminən 1196 manat) kifayətdir\”, – deyə məqalədə vurğulanıb.

Lənkəran rusların turizm siyahısında

Turistlərin üz tuta biləcəyi ikinci ölkə Qırğızıstandır. Onlar burada xüsusən İssık-Göl gölünün sahilində kurort qəsəbə olan Bosteriyə gedəcəklər. Bişkekdə düşən turistlər qəsəbəyə avtobus və ya taksi ilə gedə bilərlər.
Otel və digər xidmətlərlə birgə burada onlar ümumilikdə 68 700 rubl (təxminən 1600 manat) xərcəyə bilərlər.

Lənkəran rusların turizm siyahısında

Bosteri, Qırğızıstan

İlk üçlüyə Bolqarıstan daxildir. Rumıniya ilə sərhəddə yerləşən Varna liman şəhərı Bolqarıstanda turistlərin istirahət etməsi üçün əla məkanlardan biridir.
Şəhərdə çoxlu sayda mədəni və tarixi abidə var, eləcə də infrastrukturun inkişafı, sağlam çimərlik burada istirahət etməyə imkan verir. Qonaqlar bu gözəllikləri görmək burada 63 500 rubl (təxminən 1400 manat) pullarından keçməli olacaqlar.

Lənkəran rusların turizm siyahısında

Varna, Bolqarıstan

Siyahıya daxil olan digər ölkələr və onlarda xərclənəcək məbləğ aşağıdakılardır:

Lənkəran rusların turizm siyahısında

(musavat)

İnterpress.az