Yüksək döyüşə hazırolma səviyyəsinə gətirilən idarəetmə orqanları və qoşunlar mütəşəkkil və planlı qaydada yenidən qruplaşmanı həyata keçirərək cəmləşmə rayonlarına çıxarılır, aerodromlarda aviasiyanın, dənizdə isə gəmilərin dislokasiya yerləri dəyişdirilir.
Təlimlərin planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi və icrasına nəzarət Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən müasir rabitə və müşahidə vasitələrindən istifadə edilməklə həyata keçirilir. Təlimlər iyunun 24-də yekunlaşacaq. (virtual.az)
İnterpress.az