Rusiya KİV-nin yaydığı məlumata görə, iyunun 16-da şəhərin Mərkəzi rayonunu Avtozavodskaya şossesində 22 yaşlı qadın və onun 1965-ci il təvəllüdlü anasının cəsədləri aşkar olunub.
Daha bir kişi isə ağır bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Tolyatti şəhər polisinin rəis müavini Yevgeni Lbov hadisəni 22 yaşlı qadının keçmiş əri, 1982-ci il təvəllüdlü azərbaycanlı Musayev Nuran İlman oğlunun törətdiyini bildirib.
Məlum olub ki, öldürülənlər Nuran Musayevin arvadı və qaynanasıdır. Bıçaqlanan kişi isə onun qaynatasıdır.
Hazırda Nuran Musayevin tutulması istiqamətində Tolyatti şəhərinin bütün ictimai əhəmiyyətli yerlərində əməliyyat tədbirləri görülür.
Ticarət mərkəzlərində, vağzallarda və iaşə obyektlərinin önündə polis əməkdaşları yerləşdirilib.
İnterpress.az