26 yaşlı arvadını boğub öldürdü-SURAXANIDAbackend

26 yaşlı arvadını boğub öldürdü-SURAXANIDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaraçuxur qəsəbəsində Tural Kazımov həyat yoldaşı 26 yaşlı Maya Kazımovanı qətlə yetirib.

Qәtlә yetirilәn qadının əmisinin sözlərinə görə, əri Mayanı boğaraq öldürüb. Tural Kazımov hadisədən sonra özü polisə gedәrәk, könüllü təslim olub.

Hadisə yerində prokurorluq və polis əməkdaşları olublar. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Cütlüyün birgə nigahdan 3 övladı var. Hadisə zamanı Kazımovların övladları qonşuluqda yaşayan babasıgildə olublar. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar davam edir.

İnterpress.az