“Ali və Nino” kitab evində növbəti biabırçılıq – FOTOFAKTbackend

“Ali və Nino” kitab evində növbəti biabırçılıq – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, dükanda çalışan satıcılır, kassa arxasında oturan işçilər müştərilərə qarşı olduqca sərt və laqeyidirlər.

Müraciəti olduğu kimi təqdim edirik: \”Dünən axşam saatlarında 28 Mall-da yerləşən Ali&Nino mağazasından şəkildə gördüyünüz kitabı aldım. Sevincim çox çəkmədi. Evə gedib hələ oxumadığım kitabların içərisindən bu kitabdan birini də tapdım. Düşündüm ki, eybi yox sabah mağazaya yaxınlaşıb ya gaytararam, ya da başqa kitabla dəyişdirərəm. Bu gun kitabı ve çekləri götürüb uz tutdum 28 Mall-dakı Ali&Nino mağazasına.

Əsl əyləncə bundan sonra başladı. Mağazada baş verənləri sizlərlə bölüşmək isteyirəm: Kassada dayanan xanıma yaxınlaşıb vəziyyəti başa saldım ki, bəs dünən axşam almışam bu kitabı, evdə biri də var imiş. Qaytarmaq və ya başqa kitabla dəyişmək istəyirəm. Xanım qız gözlərini monitordan çəkmədən, mümkün deyil dedi. Necə yəni mümkün deyil? Çeklərim də var. Kitabı almağımdan heç bir sutka da keçməyib. Bu dəfə qız demonstrativ şəkildə gözlərini süzdürüb dedi ki, kitab ne qaytarılır, nə də dəyişdirilir. Dedim ki, o zaman mənə bu qanunun harada yazıldığını göstərin. Sizin verdiyiniz kassa çeklərində alımış malın dəyişdirilməməsi və qaytarılmaması haqqında bir kəlimə də yazılmayıb. Qız yenə də mənə nağıl danışmağa başladı ki, bəs biz kitabı necə qaytaraq bəlkə siz onu oxumusuz? Deyirəm, evladım, bu obsurd iddialarınızı qəbul eləmirəm. Tutarlı bir səbəb göstərin mənə.

Mağazanın admnistratorunu çağırtdırdım, dedilər nahardadır. ( lazım olan vaxtlarda həmişə naharda olur) Qızın mənimlə baş çıxara bilmədiyini görən satıcı oğlan köməyə gəldi və vəziyyəti mənə bir sadə cümlə ile başa saldı: \”Девушка, со стороны может все это выглядит как-то романтично, но это просто вонючий бизнес\”!!! ВОНЮЧИЙ БИЗНЕС, КАРЛ!!! Я молча взяла книгу и вышла из этого \”ВОНЮЧЕГО\” магазина навсегда!!! Dediyim odur ki, Ali&Nino mağazalar şəbəkəsi onsuzda əhaliyə od tutub yanan qiymətlərlə kitab satır, heç olmasa bu qiymətlərin qarşılığında yüksək demirəm, normal xidmət göstərsin alıcılarına. Müştəriyə bu cür münasibət göstərən mağazanı boykot eləmək belə azdır!!!\”

“Ali və Nino” kitab evində növbəti biabırçılıq - FOTOFAKT

Biz eyni zamanda məsələyə hüquqi tərəfdən də yanaşdıq. Qanun isə bunu deyir: \”İstehlakçıların hüquqlarının müdafiəsi haqqında\” qanunun 15-ci maddəsinin 1-ci bəndində deyilir ki, \”lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir.

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər\”. (7News.az)

İnterpress.az