“28Mall” Kərəm Həsənovun əlindən alınırbackend

“28Mall” Kərəm Həsənovun əlindən alınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə başçısı qarşısında etimadını itirən K.Həsənovla bağlı aparılan təftişlər hələ başa çatmasa da, artıq indidən komitə sədrinin ciddi maliyyə maxinasiyalarına yol verdiyi, “ümumi katyola” milyonlarla manat məbləğində vəsait “atdığı” məlum olub.

Mənbənin bildirdiyinə görə, komitə sədrinin ona göstərilən etimaddan sui-istifadə edərək külli miqdarda vəsaiti mənimsəməsi “yuxarı”nın qəzəbinə səbəb olub. Məhz bu səbəbdən də komitə sədrinə məxsus bütün daşınmaz əmlak növlərinin müəyyənləşdirilməsinə və onların bir qisminin K.Həsənov tərəfindən yoxa çıxarılan pullara cavab olaraq qeyri-rəsmi şəkildə müsadirə edilməsinə qərar verilib.

Mənbənin sözlərinə görə, komitə sədrinin əlindən alınacaq ilk daşınmaz əmlakın “28 Mall” ticarət mərkəzi olacağı ehtimal edilir. Belə ki, bu ticarət mərkəzi K.Həsənovdan alınacaq obyektlərin siyahısında birinci yerdə qərarlaşıb.

“28Mall” Kərəm Həsənovun əlindən alınır

Bilgili qaynağın cumhuriyyet.az-a verdiyi məlumata görə, qənaətincə, əgər “28Mall”ın komitə sədrindən alınması reallaşarsa, bu, K.Həsənov üçün kifayət qədər ciddi zərbə olacaq və onun süqutunu qaçınılmaz edəcək. Çünki Azərbaycan reallığında maliyyə xəyanətinə cavab olaraq əmlakı əlindən alınan bir məmurun sadəcə vəzifəsini deyil, bor çox hallarda azadlığını belə itirməsi bir həqiqətdir və çox güman ki, komitə sədri də bu məsələdə istisna təşkil etməyəcək.(cumhuriyyet.az)

İnterpress.az