Məlumat verilir ki, dünən Günəş Yerin Şimal yarımkürəsində ən pik həddinə çatıb. Bu səbəbdən də, yay fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə yaşanıb. Cənub yarımkürəsində isə dünən, əksinə, ən qısa gündüz, ən uzun gecə yaşanıb.
Bu gündən etibarən isə gündüzlər qısalmağa, gecələr uzanmağa başlayacaq. Bu proses 21 dekabr tarixinədək davam edəcək. (virtual)
İnterpress.az