Türkiyə mətbuatından xəbər verilir ki, hadisə Bursanın Yıldırım rayonunun Fidyekızık məhəlləsindəki Bursa prospektində yerləşən tikinti sahəsində baş verib.
Burada mərmər ustası kimi işləyən 39 yaşlı Azərbaycan vətəndaşı Niyazi Murtuzəli oğlu Əliyev müvazinətrini itirərək 7-ci mərtəbədən yıxılıb.
Ağır yaralanmış Əliyev təcili yardımla Şevket Yıldırım Tədris və Araşdırma Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. (virtual.az)
İnterpress.az