Mirzabitə İlham qızı Abdullayeva gecə saat 22:15-də xəstəxananın Doğum şöbəsində üçəm dünyaya gətirib: “Doğuş hamiləliyin 31-ci həftəsində baş verib. Uşaqların çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq uşaqlardan biri gecə saat 1:00-də, digəri isə 1:10-da ölüb\”.
Küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatlara münasibət bildirən nazirlik əməkdaşı deyib ki, rayonda elektrik enerjisi saat 01.30 radələrində kəsilib: \”Yəni işığın sönməsinin bu məsələyə heç bir adiyyatı yoxdur və xəstəxananın reanimasiya, doğum şəbələrində generatorlar var.(apa)
Interpress.az