Bu barədə “Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq” İctimai Birliyinin rəhbəri Fəxrəddin Gözəlov məlumat verib.
Onun sözlərinə görə, tarixi memarlıq abidəsi “Neon-111” MMC tərəfindən sökülərək məhv edilib. “Nizami adına kinoteatr”ın binası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, 4792 inventar sırası ilə dövlət mühafizəsinə götürülüb. Bina heç bir hüquqmüəyyəndedici sənəd olmadan “Neon-111” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən sökülüb, yerində “Neon” şadlıq sarayı tikilir. Kinoteatrın qarşısında olan Nizami Gəncəvinin heykəli də sökülüb”, – deyə birlik rəhbəri açıqlayıb.
Təşkilat məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edib. İcra başçısı Taleh Qaraşov tərəfindən ünvanlanan cavabda bildirilib ki, bina Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hərraca çıxarılıb və “Neon-111” MMC tərəfindən satın alınıb. “Neon-111” MMC tərəfindən sözügedən tikili sökülüb və yerində qeyri-yaşayış obyekti üçün tikinti işləri aparılıb.
Mədəniyyət və Turizm Nazirliyi yanında “Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin Lənkəran şəhər İcra Hakimiyyətinə müraciətindən sonra tikinti işləri dayandırılıb: “Lakin təşkilatımızın apardığı monitorinqlər göstərir ki, tikinti işləri hələ dayandırılmayıb. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”qanunun 4-cü maddəsində göstərilir ki, özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı bir hərəkət etmək qadağandır.
Abidənin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulmaq və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması da qanunla qadağan edilib. Abidəni məhv edənlər cəzalandırılmalıdırlar”. (virtual.az)
İnterpress.az