Bakıda tualet sayını artırsaydılar, yaxşı olardıbackend

Bakıda tualet sayını artırsaydılar, yaxşı olardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazar günkü uğurlu yarışma göstərdi ki, Azərbaycan gələcəkdə uzun müddətə «Formula-1» keçirə bilər.

Bunu Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov «Reuters» agentliyinə deyib.

Agentlik yazır ki, Bakıda keçirilən Avropa Qran-prisi gözləndiyindən daha az həyəcanlı oldu, amma Rəhimov əsas məqsədin Bakını dünya televiziya izləyicilərinə təqdim etmək olduğunu və bu məqsədə də çatıldığını söyləyib.

«Bu, uğurdur. Hamıdan xoş sözlər eşitmək, doğrudan, əla şeydir. Pilotlar, komandalar, «Formula-1» menecmenti… hamı həqiqətən xoşbəxtdir, hamı bu tədbirlə fəxr edir. Bunu bacardıq», – Rəhimov deyib.

«Bu il əldə etdiyimiz uğuru saxlasaq, bunun uzunmüddətli tədbir olacağından əminəm. Təqvimdə özünə yer etmiş Monako və Montsa kimi yaxşı oyun keçirəcəyik».

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov jurnalistlərə deyib ki, müqavilə beş illikdir, ancaq uzadıla bilər.

Bakıda tualet sayını artırsaydılar, yaxşı olardı

«Reuters» yada salır ki, kampaniyaçılar «Formula-1»i ölkədə insan haqlarının durumuna diqqət çəkməyə çağırırdılar. Prezident İlham Əliyevin tənqidçiləri onu narazıları susdurmaqda suçlayır, ölkə başçısı isə bunu təkzib edir.

Təşkilatçılar gələcəkdə yarışmanın Bəhreyn və Sinqapurdakı kimi gecə keçirilməsindən ötrü projektorlar quraşdıra bilərmi? Rəhimovun sözlərincə, bu, gündəmdə deyil.

«Reuters» yazır ki, təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq, komandalar yarışmanı müsbət dəyərləndiriblər.

«Əla bir həftəsonu keçirdik», – «Red Bull»un rəhbəri Christian Horner deyib. «Qurğular əlaydı, halqa adama meydan oxuyurdu… Məncə, «Formula-1» təqviminə yaxşı bir əlavə olundu».

«Mercedes» komandasından qalib Nico Rosberg də təhlükəsizlik sarıdan narahatlıq bildirmişdi. Ancaq deyib ki, təşkilatçılar yaxşı işləyiblər, bircə tualetləri gərək çox edəydilər.

«Bu həftəsonu uzun-uzadı növbədə dayanmalı oldum. Tualet sayını artırsaydılar, yaxşı olardı», -o, agentliyə bildirib.(meydan tv)

İnterpress.az