İngiltərədən Türkiyəyə çirkin iftira.
Məlumata görə, 23 iyunda keçiriləcək referendum öncəsi Avropa Birliyindən ayrılmaq üçün kampaniya aparan \”Brexit\” (Böyük Britaniyanın AB-dən çıxma hərəkatı) tərəfdarları AB-yə girmə ehtimalı olan Türkiyə barədə mənfi rəy yaratmaq üçün görünməmiş saxtakarlığa imza atıb.
Onlar Türkiyə parlamentində olan davanın videosuna montajla müdaxilə ediblər. Belə ki, davaya əlavə səs olaraq qadın qışqırıqları və şüşə qırılması səsi əlavə ediblər. \”Independent\”in məlumatına görə, Türkiyə parlamentində dava deputatların toxunulmazlığının ləğvi məsələsinin müzakirəsi zamanı olub. Bu videodan istifadə etməklə ingilislər seçiciləri qorxutmağa çalışıblar.
Qışqırıq səsi videonun orijinal versiyasında yoxdur. Bu səsin \”YouTube\”da ən çox istifadə edilən effekt olduğu bəlli olub. Belə ki, \”scream 6: woman medium perspective panicked shrieks of fear\” yazmaqla onu əldə etmək olar.
Bir müddət öncə türk deputatların toxunulmazlıqlarının ləğvi məsələsinin müzakirəsi zamanı Türkiyə Böyük Millət Məclisində dava baş verib. Bu dava hakim AKP və HDP-li deputatlar arasında olub. (ans)
İnterpress.az