Azərbaycanlı aktyor ağır xəstəliyə tutulubbackend

Azərbaycanlı aktyor ağır xəstəliyə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib.

O, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyini bildirib: “Son yoxlamalara görə, böyrəyimin fəaliyyəti 29 faizdir. Yavaş-yavaş azalmağa doğru gedir. Həkimlər deyir ki, təcili böyrək dəyişilməsi olmalıdır. Onlar məsləhət görür ki, bu əməliyyat dializə düşməmişdən öncə aparılsa, daha uğurlu olar. Hazırda müalicə olunuram, sistemlər köçürürlər. Amma buna baxmayaraq, işə gedib-gəlirəm. Çünki buna məcburam. Bu boyda maddiyyatın qarşılığında dayanmaq lazımdır”. Aktyor deyib ki, böyrək əməliyyatı üçün 40 min dollardan yuxarı maddi vəsait tələb olunur: “Bunun üçün uyğun donor tələb olunur. Qohumlar, ailə arasında müzakirələr gedir. Hazırda donor axtarışındayıq. Yaxın qohumların böyrəyi uğun gəlmədi. İndi bir az kənar qohumların böyrəyi yoxlanılır. Mənim qan qrupum 2( –)-dir. Düzü, əməliyyat da çətindi, adam qorxur”.

R.Rəhimov əlavə edib ki, əməliyyatın baş tutması üçün tələb olunan maddi vəsaiti ödəməyə imkanı yoxdur: “Dostlarım adıma hesab açdırıb. Səhhətimdə yaranan problemi heç yerdə işıqlandırmamışam. Neçə aydır ki, mən bu xəbəri gizlədirəm. Ha çalışdım ki, qarşısını alıb özüm həll edəm, amma bacarmadım”.

İnterpress.az