Rusiya mətbuatı xəbər verir ki, buna korrupsiyada ittiham olunan siyasətçinin müttəhim kürsüsündə huşunu itirərək yıxılması səbəb olub. Maskalı xüsusi təyinatlı dəstə üzvlərinin qoruması altında məhkəmə zalına gətirilən V.Filat məhkəməsinin açıq olmasını tələb edərək üç həftədir aclıq aksiyasını dayandırmır.
Xatırladaq ki, V.Filat 8 aydır həbsxanadadır. Onun həbsi 2009-cu ildən Moldovada hakim partiya olan \”Avropa İnteqrasiyası Alyansı\”nın dağılmasıyla nəticələnib. O, ünvanına səsləndirilən bütün ittihamları rədd edir və tərəfdarlarını məhkəmə prosesinin açıq keçirilməsinə nail olunması üçün səy göstərməyə çağırır. (musavat)
İnterpress.az