Emil Hüseynovun vəziyyəti imkan verərsə, onun həbsi elə müalicə olunduğu xəstəxanada həyata keçiriləcək.
43 yaşlı Maarif İsmayılovun qətlinin səbəbi də məlum olub. Buna görə 27 yaşlı Emilin tərcümeyi-halının öyrənilməsi köməyə gəlib.
Emil Hüseynov DİN universitetinin məzunudur. Bir–iki il sahə müvəkkili işlədikdən sonra 2012-ci ildə Sankt-Peterburq Narkotiklərlə mübarizə idarəsinə işə düzəlib. 2015-ci ildə Peterburqdakı Azərbaycan konsulunun qəbuluna getdikdən sonra onu ifşa edən materiallar əsasında işdən qovulub.
Məlum olub ki, Emil konsulun qəbuluna hansısa sənədlərlə gedibmiş. Həmin qovluqda Azərbaycan diasporunun nüfuzlu nümayəndəsinə aid ifşaedici məlumatlar varmış. Lakin bu səfərin bir nəticəsi olmur, əvəzində Emil işsiz qalır. Deyilənə görə, Emil Hüseynovdan konsulla görüşməyi xahiş ediblərmiş. Əvəzində isə ona mənzil söz verilibmiş.
Bundan sonra gənc müxtəlif işlərdə çalışır: kimisə mühafizə edir, kiməsə məsləhət verir. İlkin məlumata görə, Maarif İsmayılovla qohumu Elçin Lənkəranski vasitəsilə tanış olub. Elçin isə pulların nağdlaşdırılması mafiyasının o qədər də iri olmayan fiquru imiş. Mənbə bildirir ki, Sankt-Peterburq polisi bir neçə ildir ki. Sofiysk bazarında nağdlaşdırma mafiyasının gördüyü işlərin mexanizmini öyrənməyə çalışır.
Emil Hüseynov İsmayılov vasitəsilə Azərbaycana təxminən 200 min rubl göndərmək istəyir. Amma göndəriş ünvanına çatmır. İyunun 20-si səhər Emil zəng edərək pulların aqibətini öyrənmək istəyir, amma cavab onu qane etmir. Və şəxsən işi yoluna qoymağa gəlir.
* * *17:21
Xəbər verildiyi kimi dünən Rusiyanın Sankt-Peterburq şəhərinin Sofiysk topdansatış meyvə-tərəvəz bazarında azərbaycanlı biznesmen, 43 yaşlı Maarif İsmayılov keçmiş polis işçisi və sahə müvəkkili Emil Hüseynov tərəfindən güllələnib. Şahidlərin bildirdiyinə görə, E.Hüseynov soyuqqanlı şəkildə M.İsmayılova yaxınlaşıb, ona əldəqayırma tapança ilə 6 güllə atıb, sonuncu gülləni başından vurub və hadisə yerindən qaçmağa çalışıb.
Lakin bazarda işləyən azərbaycanlılardan ibarət kütlə Emil Hüseynovu hadisə yerindən təxminən 500 metr aralıda yaxalayıb və onu linç edib. Bu qətli kimin sifariş verdiyini öyrənməyə çalışıblar. Hadisədən sonra bazara OMON yeridilib, onlarla azərbaycanlı saxlanılıb. İsmayılovu güllələyən şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və onun aldığı xəsarətlərə görə hələlik danışmaq imkanında olmadığı bildirilir.
Virtualaz.org xəbər verir ki, bu gün Life.ru Emil Hüseynovun azərbaycanlılardan ibarət kütlə tərəfindən necə döyüldüyünü əks etdirən videokadrları yayıb. Kadrlardan görünür ki, İsmayılovun qatili sifəti qan içində yerdə uzanıb, ətrafdakılar onu döyür və qətli kimin sifariş verdiyini soruşur. Kütlənin içərisindən kimsə “Ayə, öldürməyin, it gəlməmiş öyrənin, (polisləri nəzərdə tutur) görün kim sifariş verib” deyə Hüseynovu döyənlərə məsləhət verir.
Kimliyi məlum olmayan iki nəfər Hüseynovu yerdə sürüyür və kütlədən aralayıb harasa aparmağa çalışır, bu zaman onun sifətinə təpiklə zərbələr endirilir. Həmin şok kadrları oxuculara təqdim edirik.(virtualaz.org)
İnterpress.azhttps://youtube.com/watch?v=0RsLsbXLChwhttps://youtube.com/watch?v=pME6jW__DOA