S.Novruzov azvision.az saytına açıqlamasında bildirib ki, İqbal Ağazadənin həmin dairədən deputat seçilmə şansı sıfıra bərabər idi:
“Onun Ağdaşdan deputat seçilmə şansı sıfıra bərabər idi. Birincisi, ağdaşlı seçicilər İqbal Ağazadə haqqında kifayət qədər məlumata malik deyildilər. İkincisi, İqbal Ağazadə orada yaşamayıb, fəaliyyət göstərməyib. Üçüncüsü, partiyanın rayon təşkilatı geniş nüfuza malik deyil. Bu baxımdan, harada dairə boşaldı, oradan namizədliyini irəli sürmə prinsipi seçki praktikasından kənardır”.
Ümid Partiyasının sədri İqbal Ağazadə musavat.com-a açıqlamasında S.Novruzovun bu fikirlərinə münasibət bildirib.
İ.Ağazadə söyləyib ki, Siyavuş Novruzovun seçkidən xəbəri yoxdur: “Siyavuş Novruzova nə deyə bilərəm ki..? Adam hələ “molotov kokteyli” ilə kotleti ayıra bilmir. Seçki ilə bağlı Siyavuş Novruzovun düşüncəsi bu qədərdir. Ondan o tərəfə deyil. Ümumi seçkilərlə bağlı mövqeyimizi ifadə etmişik. Kifayət qədər də faktlarımızı mətbuatda sadalamışıq. Siyavuş Novruzov təəssüf ki, hər şeyə ironik yanaşır. Hesab edir ki, bu yanaşma hər zaman doğru olur. Onun yanaşmalarından belə çıxır ki, bu adamın ümumiyyətlə, seçkidən xəbəri yoxdur. Və seçki haqqında heç bir məlumata sahib deyil”.(PİA.AZ)
İnterpress.az