Məsələn, Mahmudovun xanımı Tahirə Mahmudova 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışırdı. O, Konfederasiyanın Məclis və İcraiyyə Komitəsinin üzvü idi. Amma əri postundan kənarlaşdırıldıqdasn sonra vəzifəsindən çıxarıldıqdan sonra o da öz işini itirdi.
Sabiq nazirin başqa bir qohumu Pərvanə Şəfiyeva Səhiyyə Nazirliyi Dərmanların Ekspertizası İdarəsinin rəis müavini postundan azad edilib, nazirin digər qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynova isə təkcə vəzifəsini yox, azadlığını da itirməli olub.
Hazırda Eldar Mahmudovun yüksək post tutan yalnız bir qohumu var.
Qaynarinfo.az-a daxil olan məlumata görə bu, onun bacısı Elmira Mahmudovadır. O, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi rəisinin müşaviridir. Sabiq nazir işdən çıxarıldıqdan və onun adı ətrafında qalmaqallı proseslər başladıqdan sonra bacısı da görəvindən kənarlaşmaq istəyib. Amma hansı səbəblərdənsə bu baş verməyib və iddialara görə, o hələ də postunda qalır.
Qeyd edək ki, Eldar Mahmudovla qohumluğu olduğu bildirilən başqa bir şəxs də hazırda vəzifədə qalır. Bu, Azərbaycanın Türkiyənin Qars şəhərindəki konsulu Ayxan Süleymanlıdır. Bildirildiyinə görə, o, BTRİB-in sabiq rəhbəri Beytulla Hüseynovun qaynıdır. E.Mahmudovun hələ də vəzifədə qalan hər iki qohumunun məhz XİN sistemində çalışması isə işin başqa bir maraqlı tərəfidir.
İnterpress.az