Xəbər verilir ki, dava zamanı 57 yaşlı Yaşar Həsənov həmkəndlisi və qohumu 62 yaşlı Ədalət Mustafayevə müxtəlif dərəcəli xəsarətlər yetirib. Atasının döyüldüyünü görən Tural Mustafayev taxta parçası ilə Yaşar Həsənova bir neçə zərbə endirib. Ətrafdakıların köməyi ilə davanın qarşısı alınıb.
Ağır kəllə-beyn travması alan Ədalət Mustafayev koma vəziyyətində əvvəlcə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, oradan isə Gəncədə fəaliyyət göstərən özəl tibb ocaqlarından birinə aparılıb. Davanın digər iştirakçısı Yaşar Həsənovun müalicəsi isə ambulator şəraitdə davam etdirilir.
Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Bölməsindən verilən məlumata görə, qohumlar arasında kütləvi dava yatağa xırdabuynuzlu heyvan buraxmaq üstündə düşüb. Belə ki, Yaşar Həsənov mal-qarasını icazəsiz olaraq Ədalət Mustafeyvə məxsus yatağa salıb.
Bundan hiddətlənən Mustafayev Həsənovla əlbəyaxa olub. Fakt araşdırılır. (musavat)
İnterpress.az