Təhlilçilərin rəylərindən belə güman etmək olar ki, Ermənistanda Rusiyaya qarşı kin gündən-günə artmaqdadır.
Ermənilər aprel müharibəsində Rusiyanın bir neçə günlük susqun davranışını və onların tərəfində müdaxilə etməməsini bağışlaya bilmirlər.
Hətta ruspərəst yazarların fikrində də Moskvaya qarşı əvvəlki “sevgi” nidaları sezilmir.
Musavat.com Ermənistanın təhlilçilərinin məsələ ilə bağlı mövqelərini Azərbaycan oxuyucularına çatdırmaqda davam edir.
Bununla bağlı erməni təhlilçi Akop Badalyanın bir erməni saytında dərc olunan “Sankt-Peterburqun ilk yekunları və sabitliyin qiyməti” yazısını təqdim edirik:
“Əliyev-Putin-Sarkisyan görüşməsindən sonra əsas müddəası Rusiyanın bayrağı altında yeni görüşlər silsiləsinin başlanacağı olan bəyanat qəbul edilidi.
Bu silsilə ATƏt tərəfindən də legitimliyini qazanıb.
Erməni politoloq bunu məntiqsiz sayır. Çünki onun fikrincə “həm Minsk qrupunun həmsədrləri, həm də Avropa Birliyi Rusiyanın təşəbbüsü ələ aslmasına razı olmamalı idilər”.
“Hər halda Rusiya təşəbbüsü əldən vermədi. Vyana görüşündən sonra ona koordinatorluq funksiyası verildi. Vyanada yeni qaydalar müəyyənləşdirildi ki, onun aparıcılığı Rusiyaya həvalə edildi”.
“Lakin bu o demək deyil ki, bu qaydalara Rusiyanın özü tərəfindən pozulmayacaq”,- deyə erməni analitik yazır. Buna rəğmən o, belə bir fikir irəli sürür: “Lakin indi nə Rusiyanın, nə də Rusiyanın partnyoru Azərbaycanın artıq resursları qalmayıb və onlar Vyana qaydalarına oynamağa borcludurlar”.
“Bu o deməkdir ki, Rusiya Azərbaycanla Erməsniatan arasında paritet qurmağa məcburdur, çünki əks halda o “sülh” ü koordinə edə bilməz”,- deyə Badalyan bildirir.
Erməni analitikin fikrincə, Vyanadan sonrakı situasiya rus-erməni ittifaqının sonunu anons edir. “Bunu elə Putin və Sarkisyanın görüşündə açıq sezmək olar, çünki ilk dəfə hər iki prezident tamamilə ayrı-ayrı gündəlikdəki məsələlərdən danışdılar” deyə rəy verir.
“Lakin de-yure münasibətlər əvvəlki axınında davam edir” deyə erməni analitikin fikrincə: “bu Moskvanın manevrləri və Ermənistanın qollarına vurulan qandalların təminatıdır”.
Erməni politoloq Vyanadan sonrakı situasiyanın Ermənistana daha geniş xarici siyasət yürütmək imknaı açdığını, lakinin bu imkanların “Rusiya-Ermənistan” ittifaqı tərəfindən məhdudlaşdırıldığını düşünür.
Akop Badalyan bu səbəbdən Rusiya-Ermənistan münasibətlərinə yenidən gözdən keçirilməsinin vaxtının çatdığı düşüncəsindədir.
Badalyan Ermənistan hökumətini bu səbəbdən süst davranmaqda və heç bir tədbir görməməkdə günahlandırır.
“Sabitlik yüksək dəyərə malikdir və bütün qalan məsələlərin, o cümlədən Ermənistanın və Azərbaycanın daxili problemlərinin bundan asılı olacağı istisna edilmir” deyə bildirən erməni təhlilçi yazır:
“Bundan başqa yeni situasiya Ermənistana islahatlar aparılması və sistemin şəffaflaşdırılması yolunda istifadə edilmək üçün yeni imkanlar aça bilər”.
“Məhz bu, sabitliyə görə kimin nə qədər ödəyəcəyini müəyyən edəcək”, – deyə o yazısına yekun vurub. (musavat)
İnterpress.az