Xəstə uşaqların sayı artır-Səhiyyə Nazirliyibackend

Xəstə uşaqların sayı artır-Səhiyyə Nazirliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkərli diabetli uşaqlar 1-18 yaş arasındadır. Ötən il isə bu rəqəm 424 olub.

Onlar insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur. 90 nəfər uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin ediliblər”.

Bu barədə bu gün Səhiyyə Nazirliyinin Respublika Endokrinoloji Mərkəzində mətbuat nümayəndələri üçün dəyirmi masada Respublika Endikronoloji mərkəzin direktoru Yusif İsmizadə məlumat verib. Tədbirdə qeyd edilmişdir ki, dünya ölkələrində diabet səhiyyə qarşısında duran əsas çağırışlardan biri olaraq qalır. Azərbaycanda diabetə qarşı mübarizə məqsədi ilə \”2016-2020-ci illər üçün Şəkərli Diabet üzrə Dövlət Proqramı” icra edilir.

Proqram çərçivəsində şəkərli diabet xəstələrinin vahid elektron registrinin və məlumat bazasının təkmilləşdirilməsi, diabetli xəstələrin dərman preparatları və özünənəzarət vasitələri ilə təminat monitorinqinin təşkili üçün kompüter proqramının təkmilləşdirilməsi, şəkərli diabet xəstəliyinin profilaktikası, müalicə və reabilitasiyası, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dərman preparatları və özünənəzarət vasitələri ilə davamlı təmin edilməsi və s. tədbirlər həyata keçirilir.

Bütün şəkərli diabet xəstələrinin şəkərsalıcı preparatlar, insulin, insulin analoqları və özünənəzarət vasitələri ilə təmin olunması işi Bakı şəhəri ilə yanaşı Respublikanın rayonlarında da həyata keçirilir. Bu sahədə xidmət səviyyəsinin daha da artırılması məqsədi ilə şəkərli diabetlə xəstə pasientlərin müayinə və müalicəsi, dərman və özünənəzarət vasitələri ilə təmin edilməsi üçün Bakı şəhəri üzrə elektron registr yaradılmışdır.

İnterpress.az