Koreya Xalq Demokratik Respublikası (KXDR) uğursuz raket buraxılışından sonra daha bir raket buraxılışını həyata keçirib. Məlumata görə, bu barədə “Yonhap” agentliyi xəbər verib. Verilən məlumata görə, Cənubi Koreya hərbçiləri KXDR-in şərq sahilindən ikinci raketin işə salınmasını qeyd ediblər.
Buraxılan raketin “Musudan” tipli orta mənzilli ballistik raket olduğu ehtimal olunur. Şimali Koreya hərbçiləri bir müddət əvvəl ölkənin şərqində Vonsan şəhəri yaxınlığında “Musudan” tipli orta mənzilli (2,5 min km-dən 4 min km-dək) ballistik raketin buraxılışını həyata keçirib. Raket iyunun 21-də yerli vaxtla 05.58-də buraxılıb. Cənubi Koreya hərbçiləri raket buraxılışının uğursuz olduğunu iddia edirlər.
“Musudan” orta mənzilli ballistik raket
Bir müddət əvvəl Koreya Xalq Demokratik Respublikasının sualtı gəmidən raket sınaqları keçirdiyi barədə videoçarx yayılıb. Raket sınaqları keçən il dekabrın 21-də təlimlər zamanı həyata keçirilib. Dövlət televiziyasında nümayiş etdirilən videoda raketin göyə qalxmağı görünür. Digər bir kadrda isə raketin bulud qatına qalxdığı və işıqsaçan nöqtəyə çevrildiyini görmək olar. Videoda Şimali Koreya lideri Kim Çen Inın paltoda və şlyapada raket sınağını izlədiyi görünür.
Ötən il dekabrın 6-da isə Koreya Xalq Demokratik Respublikası (KXDR) hidrogen bombasını sınaqdan keçirib. Sınağın uğurla keçdiyi barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb. (ans)
İnterpress.azhttps://youtube.com/watch?v=37iQkGnpIyQ