Dağıstanın Şamil rayonunda yerli cinayətkar dəstəsinin silahlıları məktəbi yandırıblar. Məlumata görə, 6 silahlı məktəbin mühafizəçisini zərərsizləşdirərək, onun əl-qolunu bağlayıblar. Daha sonra onlar məktəbi yandırılar.
Mühafizəçinin polisə verdiyi məlumata görə, cinayətkarlar silahlı olublar. İnsident zamanı heç kim xəsarət almayıb. Bir neçə gün əvvəl Dağıstanın cənubunda silahlı toqquşma qeydə alınıb. Hadisə Süleyman-Stalski rayonunun meşə massivində baş verib.
Polislər burada silahlıları aşkar etdikdən sonra onlar arasında atışma başlayıb. Məlumata görə, Kasumkent kəndi yaxınlığında silahlıların sığınacağı aşkar olunub. Polis ərazini zirehli texnika ilə mühasirəyə aldığı zaman silahlılar atəş açıb. Nəticədə polis cavab atəşi açıb. Sığınacaqda olan silahlıların sayı hələlik bilinmir. (ans)
İnterpress.az