Türkiyəli müğənni Nez məhkəmə tərəfindən cəzalandırılıb.
Müğənni 2014-cü ildə sevgilisi ilə iki jurnalisti döydüyü üçün 120 günlük həbs cəzası alıb. O, daha əvvəl məhkum olunmadığı üçün cəzası pul cəzasına çevrilib.
Türkiyə qanunlarına görə, müğənni növbəti 5 il ərzində yenidən belə bir hərəkət etsə, həbsə girəcək.
Qeyd edək ki, iki il öncə Nez onu sevgilisiylə birgə fotolarını çəkmək istəyən \”Sabah\” qəzeti ilə, \”Günəş\” qəzetinin müxbirlərini dostları ilə birgə döymüşdü.
İnterpress.az