Həyat Lövhələri: Bakıda Məskunlaşan Qubadlı Torpağıbackend

Həyat Lövhələri: Bakıda Məskunlaşan Qubadlı Torpağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnana bilirsinizmi?! Inanın! Aylarla suvarılmayan, illərlə şumlanmayan bu torpaqda əkilən iki cüt bir tək qızıl gül ilboyu çiçək açır. Tək-tək; biri solur, o biri qönçələnir. Hər dəfə onlara baxır, düşünürdüm: qayalıqda çiçək bitər-buna deyirmişlər. “Yaşamaq uğrunda mübarizə”-belə olurmuş. “Hamının (hər gün bu çiçəkləri görməzdən gəlib onlara bir içim su verməyən bizləri nəzərdə tuturam) acığına” dirənmək beləymiş.

Dünən eşitdim bəslənməzlikdən cılızlaşan bu çiçəklərin əkildiyi torpağın Qubadlıdan gətirildiyini. Bu səhər işə gələndə ilk işim torpağı suvarmaq oldu. Çiçəkləri, ağacı yox, torpağı. Mənə elə gəldi 27 il qabaq Qubadlıdan Bakıya daşınan o torpağın ciyəri doğma yerlər üçün alışıb yanır. Bakının çirkli havasından canında can qalmayıb. Suvardım torpağı, içimə bir rahatlıq gəldi. Əlbət Bakıda məskunlaşan Qubadlı torpağı da məndən razı qaldı. Bu gündən o torpağın üstündən əlimi çəkməyəcəm.[/b]

Həyat Lövhələri: Bakıda Məskunlaşan Qubadlı Torpağı

Indisə maraqlananlar üçün Qubadlı torpağının hekayəsini yazım. 1988-89-cu dərs ilində bizim məktəbə Qubadlı rayonundan kursa gələn Xatirə Abıyevanın atası Qardaşxan kişi övladını məktəbə etibar edəndə rəhbərliyə hədiyyə təklif edir: “Ürəyiniz nə istəyir rayondan sizə gətirim. Hər həftə maşınla Bakıya gəlirəm, nə istəsəniz gətirə bilərəm”. Məktəbin direktoru da Qardaşxan kişidən iki kisə münbit Qubadlı torpağı istəyir. Həyətdə gül əkmək üçün. Qardaşxan kişi torpağı da gətirir, gübrəsini də. Torpağı daş plitələrlə əhatə olunmuş bu balaca yerə töküb gül əkirlər. O çağdan bu günə bu yerin Gülü Yarpıza dönməyib.

[b]Iki kisə Qubadlı torpağı 1988-89-cu dərs ilindən bu həyətdədir. Elindən, obasından, doğma torpaqlarından uzaqda. Özümüzdə. 1993-cü ildən yağı əlində olan Qubadlı torpağının xoş günlərdə xoş gün üçün paytaxta gəlin gələn bir parçası Bakıda Yaşayır, Yaşadır. Çünki Qubadlının başına gələnlərdən xəbəri yoxdur. Mən də ona heç nə demədim. (vipmedia.info)
Fimar Asimqızı

Həyat Lövhələri: Bakıda Məskunlaşan Qubadlı Torpağı

İnterpress.az