Türkiyədə polis məntəqəsinə növbəti PKK hücumubackend

Türkiyədə polis məntəqəsinə növbəti PKK hücumu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə mətbuatından verilən məlumata görə, Bitlisdə, Tatvan-Van magistral yolunda nəzarət məntəqəsində yoxlama aparan polislərə hücum edilib.

Adıçəkilən bölgəyə maşınla gələn PKK terrroçuları polisləri raketlərlə və uzun mənzilli silahlarla atəşə tutublar. Təhlükəzilik qüvvələri cavab atəşi açıblar. İnsident nəticəsində 3 terrorçu məhv edilib.

Biri ağır olmaqla 3 mülki şəxs yaralanıb. Bəzi xəbər agentlikləri isə bir nəfərin öldüyünü yazıblar. Hadisə yerinə çoxlu sayda zirehli maşın cəlb edilib. Bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və axtarışlara başlanılıb.

Xatırladaq ki, ötən gün Türkiyənin Diyarbəkir bölgəsində içərisində bir tondan çox partlayıcı maddə olan mikroavtobus aşkar edilib. Minalanmış maşın Erqani şəhərində küçələrdən birində park edilmiş halda tapılıb.

Polis dərhal həmin rayonu mühasirəyə alaraq təhlükəsizlik tədbirlərinə başlayıb. Yaxınlıqda yaşayan sakinlər ərazidən təxliyə ediliblər. Daha sonra mütəxəssislər bombanı zərərsizləşdirə biliblər. Xoşbəxlikdən heç kim zərər çəkməyib.

İstanbulda, Küçükçəkməcə məhəlləsində isə şübhəli əşya tapılıb. Yola qoyulan səs bombası olub və o, nəzarət altında partladılıb. İstanbul polisi bölgədə ciddi təhlükəsizlik tədbirləri görüb. (virtualaz.org)

İnterpress.az