İnterpress.az-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, ötən il Aİ-nin Riqada keçirilən sammitində Azərbaycanla strateji əməkdaşlıq haqqında razılaşmanın layihəsi təqdim olunub. M.Məmmədquliyev qeyd edib ki, bu razılaşmanın imzalanması tərəflər arasında əməkdaşlıq səviyyəsinin daha da artırılmasına imkan verəcək.
Nazir müavini bildirib ki, bu ilin ikinci yarısında Aİ-də Azərbaycan üzrə alt-komitələrin iclaslarının keçirilməsi planlaşdırılır: “Biz həmçinin aviasiya sahəsində Aİ ilə razılaşmaya dair danışıqları davam etdirməyi planlaşdırırıq”.(trend)
İnterpress.az