Amjad Sabri qardaşı və sürücüsü ilə birlikdə Kəraçi şəhərində qətlə yetrilib.
İnterpress.az-ın BBC-yə istinadən verdiyi görə, A.Sabri Pakistan və Hindistan müsəlmanları arasında sufi ifaçısı kimi çox böyük nüfuza malik olub. 9 yaşından sufi mahnıları ifa edən Amjad Sabrinin qətli bütün dünyada geniş əks-səda doğurub.
O, Pakistanın ən məşhur sufi ifaçısı Qulam Fərid Sabrinin oğluydu.
Qeyd edək ki, Amjad Sabri çəkilişə gedərkən motosikletli şəxslərin hücumuna məruz qalıb. Qatillər sənətçinin maşınına yaxınlaşaraq, ona atəş açıblar. Atəş nəticəsində Səbri, sürücüsü və hadisə yerində həlak olub.
Hazırda polis qətl hadisəsi ilə bağlı araşdırma aparır. Hələlik qətli törədənlərin kimliyi bəlli deyil.
İnterpress.az