23 yaşlı gəncin üstündən yük maşını keçdibackend

23 yaşlı gəncin üstündən yük maşını keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəhlə faciəli şəkildə ölüb. Hadisə Qaradağ rayonu ərazisində baş verib.

Qaradağ Rayon Polis İdarəsindən verilən məlumata görə, Səngəçal neft terminalının ərazisində Neftçala rayon sakini 1983-cü il təvəllüdlü Nahid Quliyev idarə etdiyi “QAZ-53” markalı avtomobili arxaya verərkən maşın su hövzəsinə düşüb.

Bədbəxtlikdən həmin vaxt orada olan fəhlə Qazax rayon sakini 1993-cü il təvəllüdlü Şadman Kazımov avtomobilin altında qalıb.
Ağır bədən xəsarətləri alan gənc dünyasını dəyişib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Daha bir bədbəxt hadisə Binəqədi rayonunda qeydə alınıb. İyunun 20-də Binəqədi qəsəbəsində yaşayan Tofiq Məmmədov pilləkəndən yıxılıb. Xəstəxanaya yerləşdirilən kişi orada dünyasını dəyişib.

Bundan başqa Xaçmaz sakini də bədbəxt hadisənin qurbanı olub. Belə ki, iyunun 17-də Xaçmaz rayonunun Qoçaqlı kəndində yaşayan Xalidə Süleymanova həyətində gilas yığarkən ağacdan yıxılıb. Xəstəxanaya yerləşdirilən X.Süleymanova orada dünyasını dəyişib. (ans)

İnterpress.az