İtkin düşən xanımın atası Məzahir Quliyev Trend-ə açıqlamasında bildirib ki, qızının öldürülməsi ilə bağlı faktlar ortaya çıxıb:
\”Dünən mən və əlavə 8 nəfər qohumum qızımın azyaşlı uşaqlarını çağırıb ayrı-ayrılıqda danışdırdıq və analarını sonuncu dəfə nə vaxt gördüklərini soruşduq. Uşaqlar qızımın öldürüldüyünü dedilər. Uşaqları məndən başqa 8 nəfər danışdırdı. Hamıya eyni sözləri dedilər. Uşaqlar bildirdilər ki, həmin gün analarını babası başından vurub və sonra da başından qan axa-axa maşına qoyub aparıb. Yəni Aytəkini qayınatası baş nayihəsindən küt alətlə vurub, Aytəkin özündən gedib. Sonra da qayınatası Aytəkini sürüyərək maşınına qoyub aparıb. O gündən sonra uşaqlar analarını görməyiblər\”. Tovuzda itkin düşən 27 yaşlı qadının atası: \”Qızımın ailəsində tez-tez problemlər olurdu\”
M.Quliyev deyir ki, qızının qayınatası meşəbəyi işləyir və çox güman ki onu öldürərək meşəyə aparıb atıb. O, məsələ ilə bağlı dünən axşam saatlarında Tovuz rayon Polis Şöbəsinə məlumat verib. Faktla bağlı polis artıq əməliyyata başlayıb və uşaqlar şöbədə dindirilib.
Xatırladaq ki, 1989-cu il təvəllüdlü A.Quliyeva iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində yaşadığı evdən müəmmalı şəkildə yoxa çıxıb və bu günə qədər də onun harada olması barədə xəbər yoxdur. İtkin düşən qadının atası qızının ailəsində həyat yoldaşı və qayınatası ilə tez-tez mübahisələr olduğunu bildirib. (virtualaz.org)
İnterpress.az