Sarkisyanın müavini döyüldübackend

Sarkisyanın müavini döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikada naməlum şəxslər Ermənistanın hakim Respublika partiyasının sədr müavini sabiq elm və təhsil naziri Armen Aşotyana hücum ediblər. Tanımadığı şəxlər tərəfindən döyülən Aşotyan partiya prezidenti Serj Sarkisyanını müavinidir.

Məlumata görə, bunu Aşotyan öz Facebook səhifəsində yazıb. \”Bax, indi yaza bilərəm. Belçikanın Lyoven şəhərində olduğum son gecə, mehmanxananın girişində hücuma məruz qaldım. Belçika polisi bu işi icraata götürdü”, – deyə A.Aşotyan qeyd edib.

Onun sözlərinə görə, yaxınları narahat olmasınlar deyə, bu barədə Ermənistana qayıdana qədər heç kimə məlumat verməyib.

\”Xoşbəxtlikdən daha ciddi fiziki xəsarət almaqdan qurtuldum. Baxmayaraq ki, axırıncı cərrahi əməliyyatdan sonra qoltuq ağacından istifadə edir və güclə gəzirdim\”, – deyə Aşotyan vurğulayıb. (ans)

İnterpress.az