Ər və arvadın eyni yerdə işləməsinə dair-RƏYbackend

Ər və arvadın eyni yerdə işləməsinə dair-RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu interpress.az--a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

Onun sözlərinə görə, bu münasibətlərin hansı səviyyədən olmasından daha çox aslıdır:

“Münasibətlər nə qədər ki sağlamdırsa, tərəflərin eyni işdə çalışması onların biri-birindən uzaqlaşmasına mane ola bilməz. Münasibətlər sağlam olmazsa, o zaman tərəflər arasında soyuqluq yarana bilər. Biz bu hallarla zaman-zaman rastlaşırıq . Ailənin təməli möhkəm olması məkandan, mühitdə, işdən aslı olaraq heç nəyə təsir edə bilməz”.

Azərbaycanda neçə faiz ər və arvad eyni işdə və qrumda çalışması ilə bağlı statistikası varmı? Sualına cavab olaraq psixoloq bildirir ki, bununla bağlı konkret statistika yoxdur:
\” Dövlət qrumlarında özəl müəssisələrdə sorğu keçirilib, monitorinq aparılandan sonra hansısa bir faizdən, rəqəmlərdən danışmaq olar. Bizə müraciət edən ailələrlə iş prosesində görür ki, eyni məsləkdə çalışırlar. Ancaq problemləri məişət səviyyəsində olur. Ayrılmaq səviyyəsinə gəlib çatmayıb. Yenə də qeyd edirəm ki, münasibət sağlam olarsa tərəflər bunun öhdəsindən gəlib daha da möhkəm olacaqlar. Tarixədə nəzər salsaq bu cür ailələrə rast gəlirik. Tibbdə, pedoqoji fəaliyyətdə, ictimai-siyasi işlərdə çalışan cütlüklərimizin sayı kifayyət qədərdir”.
Ailə Qadın Uşaq Problemləri üzə Dövlət Komitəsindən isə İnterpress.az– bildirildi ki, mövzu ilə bağlı hansısa bir qanunvericlik yoxdur ki, bizdə bunun icrasını həyata keçirək.

Gülşanə Mustafayeva
İnterpress.az