Rusiya rəsmisi Novruz Məmmədovun ifşa etdibackend

Rusiya rəsmisi Novruz Məmmədovun ifşa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşünə dair vicdansız təhriflərdən imtina etmək lazımdır”.

Rusiya mətbuatının məlumata görə, bu sözləri Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə ona ünvanlanan müvafiq suala cavab verərkən deyib.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır – əvvəlcə Azərbaycanın 5 rayonunun, sonra daha 2-sinin azad olunması və dəhlizin müəyyən edilməsi. Və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər”, – bəyanatını Mariya Zaxarova ədalətsiz şərh kimi dəyərləndirib. Bu barədə XİN-nin rəsmi saytında məlumat yerləşdirilib.

“Onlar münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılmasına dair razılığa gəliblər. Həmçinin, təmas xəttində atəşkəs rejiminə əməl olunmasından məmnunluq ifadə olunub. Mən bütün rəsmi saytlarda dərc olunmuş mövcud bəyanatları şərh edirəm.
Onların dilindən səsləndirilən və rəsmi sənədlər sayılan xüsusi bəyanatlar var. Hansısa təhrif olunmuş, yalan məlumatlardansa, bu bəyanatlara müraciət edərək çıxış etmək lazımdır”, – deyə M. Zaxarova söyləyib. (bastainfo.com)

İnterpress.az