Türkiyə və Azərbaycan diasporuna terrorçular hücum etdibackend

Türkiyə və Azərbaycan diasporuna terrorçular hücum etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krallıqdakı Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın bildirib ki, ötən gün axşam yerli vaxtla 21.00-22.00 arası 30 silahlı şəxslər tərəfindən Niderlandın Dordrecht şəhərində yerləşən Ayasofya cami və Hilal Vakfi (Bozqurdçular) təşkilatının mərkəzi ofisinə hücum olub, ofis dağıdılıb, təşkilatın bir əməkdaşı başından güllələnməklə ağır yaralanıb, digərinə xəsarət yetirilib.

İ. Aşkının sözlərinə görə, hücumun PKK tərəfdarları tərəfindən edildiyi bildirilir.

Hazırda yaralılar xəstəxanada yerləşdirilib, vəziyyətləri orta ağırdır. Hadisə barədə polisə müraciət olunub, polis təşkilatın ofisini mühafizəyə götürüb. Hazırda Niderland polisi hadisəni törədənləri axtarır.(apa)