Ştaynmayer Dağlıq Qarabağa gedirbackend

Ştaynmayer Dağlıq Qarabağa gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in fəaliyyətdə olan sədri və Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağa baş çəkmək niyyətindədir. vrilən məlumata görə, bu barədə təşkilatın mətbuat xidməti xəbər verib.

Verilən xəbərə görə, Ştaynmayer Berlində ATƏT-in Minsk qrupunun həmsədrlərilə Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edib.

\”Ştaynmayer bu yaxınlarda əldə olunan atəşin dayandırılması rejiminin saxlanılmasını alqışlayıb. Atəşin dayandırılması rejiminin möhkəmləndirilməsi ən mühüm məsələdir. Görüş iştirakçıları razılaşıblar ki, atəşin dayandırılması və siyasi danışıqlara qayıdış məsələsi dəyişməz olaraq qalır. Bugünkü danışıqların gedişatında Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasından sonrakı mümkün addımlar həmçinin Ştaynmayerin regiona qarşıdakı səfərinin planları müzakirə edilib”, – deyə görüşün nəticəsinə görə bəyanatda deyilir.

Bir müddət əvvəl Frank-Valter Ştaynmayer Dağlıq Qarabağ münaqişəsilə əlaqədar bəyanat yayıb.
\”Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət gərgin qalmağa davam edir. Mən son hadisələr zamanı baş verən insan itkilərinə görə heyfslənirəm və tərəfləri tam həcmdə atəşkəs rejiminə riayət etməyə çağırıram”, – deyə ATƏT-in saytında yayılan bəyanatda deyilir.

Ştaynmayer qeyd edib ki, bu kontekstdə Ermənistan və Azərbaycan prezidentləri ilə görüş təşkil edən Rusiya, ABŞ, Fransa və ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsünü alqışlayır.

\”Biz hadisələrin araşdırılması mexanizminin yaradılmasına dair səyləri fəal dəstəkləyəcəyik və həmçinin mənim şəxsi nümayəndəm, səfir Anjey Kasprşikin komandasının genişləndirilməsi üzərində çalışacağıq. Apreldə hərbi hərəkətlərin eskalasiyası bizim hamımıza bir xatırlatma idi ki, ölü nöqtədən tərpənmək üçün ikiqat daimi səylər lazımdır. Atəşin dayandırılması rejiminin möhkəmləndirilməsi ən mühüm əhəmiyyət məsələsidir\”, – deyə Ştaynmayer bildirib. (ans)

Ştaynmayer Dağlıq Qarabağa gedir

İnterpress.az