Yay aylarında günəş şüalarının yer kürəsində zenitdə olması havada artan tozcuqları fəaliyyətə gətirir və nəticədə allergik reaksiyaları daha çox alovlandırır. Bu baxımdan xüsusilə uşaqların günəş eynəyi və papaqdan istifadə etmələri lazımdır. Yay aylarında uşaqların gözlərini qorumaq üçün məsləhətlər təqdim edirik.
Allergik strukturları olan uşaqlar yay aylarında təhlükə altında olurlar. Əsasən 7-14 yaş qrupunda olan oğlan uşaqlarında allergiyanın ağır növünə rast gəlinir. Çiçək tozları və tozcuqlar da allergik reaksiyaları fəaliyyətə gətirir. Ona görə də çöldən evə gəldikdə uşaqların əlləri və üzü yaxşıca yuyulmalıdır. Üzərlərindəki paltarlar çıxarılıb yuyulmalı, təmiz ev paltarları geyindirilməlidir.
Yayda uşaqlarda göz qurumaları nadir də olsa, müşahidə edilir. Xəstəliyin səbəbləri arasında A vitamin çatışmazlığı, immun xəstəliklər və göz yaşı vəzinin anadangəlmə yoxluğu ola bilər. Göz quruluğunun səbəbi allergik gözlərdəki göz yaşı keyfiyyətinin pozulması ilə bağlı olaraq su kimi axıb getməsi və ya buxarlanaraq yox olmasıdır. Bu problemin təməlindəki allergiyanı müalicə etmək vacibdir.
Sulanma, qızartı və qaşıntı səbəbindən gözlərini davamlı ovuşturan uşaqları yay tətilinə çıxmazdan əvvəl göz həkiminə aparmaq məsləhətdir. Yay aylarında uşaqların göz sağlamlığını qorumaq üçün valideynlərə bəzi tövsiyələrimiz də var:
1. Allergik quruluşa sahib olan uşaqların günəş eynəyi və papaq istifadə etmələri lazımdır
2. Həddindən artıq tərləmə və yağ sekresiyasının artdığı yay aylarında gözlər tez-tez yuyulmalıdır. Üz bol su ilə yuyunub, kirpiklər ovalanmalıdır.
3. Dənizdə və ya hovuzda gözlər suyun altında açılmamalıdır. Əgər uşaq suyun dərinliyini görmək istəyirsə, dəniz gözlüyü taxmalıdır.
4. Ağıllı telefon və ya iPad kimi elektron cihazlardan uzaq durmalıdır.
5. Göz tənbəlliyi səbəbindən tez-tez gözlərini qırpan və eynək istifadə edən uşaqların müalicələri yay tətili boyu təxirə salınmamalıdır.(lent.az)
İnterpress.az