Bakı-Quba-Rusiya yolunda  dəyişiklik edilibbackend

Bakı-Quba-Rusiya yolunda dəyişiklik edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 10-cu km-də Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə kəsişməsində (yol ötürücüsünün ərazisində) mövcud olan dairəvi hərəkət zamanı sıxlığın, ləngimələrin və tıxacların aradan qaldırılması məqsədi ilə hərəkətin təhlükəsizliyi baxımından müvafiq dəyişikliklər edilib.

Verilən məlumata görə, həmin ərazidə yerləşən və asfalt üzərinə boya ilə çəkilmiş dairə ləğv edilib. Artıq nəqliyyat vasitələri həmin ərazidən birbaşa keçərək “Sulutəpə” dairəsi istiqamətinə hərəkət edə bilərlər. Bunun üçün ərazidə müvafiq yol nişanları da quraşdırılıb, yol ayrıcına isə xüsusi beton maneələr düzülüb.

Sözügedən avtomobil yolunda mövcud olan əvvəlki dairəyə yaxın səki daşları ilə yeni simmetrik dairə inşa edilib. Dairənin içərisinə tamet daşlar düzülüb.

Yenidənqurma işləri zamanı vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq sözügedən ərazidə 270 paqon-metr piyada səkiləri tikilib və zəruri ərazilərdə hazırda səkilərin tikintisi davam etdirilir. Səkilərin kənarlarına səki daşları, üzərinə isə tamet daşlar düzülür.

Ərazidə müvafiq yol nişanları quraşdırılıb, üfüqi nişanlama xətləri çəkilib

İnterpress.az