Ermənilər “Maral” mahnısını oğurladı – “Tanem, Tanem”backend

Ermənilər “Maral” mahnısını oğurladı – “Tanem, Tanem”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verilir ki, erməni müğənnilər Tiqran Asatryan və Andy “Maral” mahnısını erməni dilində oxuyaraq, klip çəkdiriblər. “Tanem-tanem” adlanan bəstə artıq “Youtube” şəbəkəsində xeyli baxış sayı yığıb.

Ermənilərin ifası ilə bağlı danışan N. Qafarzadə bildirib ki, ermənilərin bu addımını birmənalı qarşıamayıb: “Açığı, bunu indi sizdən eşitdim, indi baxdım, bu bədxahların bizə qarşı etdiyi növbəti təxribatdır. Onlar Azərbaycanın “Sarı gəlin” kimi gözəl əsərini öz adlarına çıxmaq istəyirdi. Yəni ermənilərdən bu cür şeyləri gözləmək olardı.

Hətta bu mahnının şərh hissəsinə də “Maral” yazıblar. Heç kimə sirr deyil ki, bu mahnı mənim ifamda sevildi və Azərbaycanda izləmə sayına görə rekord qırdı. Yəni ölkəmizdə heç bir müğənninin mahnısı “Youtube” kanalında “Maral” qədər dinlənilməyib. Bu bir ifaçı kimi məni sevindirir. Ermənilərin mənim oxuduğum mahnını oxumasını isə yaxşı qarşılaya bilməzdim”.

Qeyd edək ki, \”Maral\” mahnısının müəllifi Azər Bülbül onu illər öncə ifa edib. Onun ifasında səslənən \”Maral\” mahnısı 2011-ci ildən Youtube saytına yerləşdiirlib. N. Qafarzadə isə “Maral” mahnısını 2013-ci ildə ifa edib. (musavat)

İnterpress.azhttps://youtube.com/watch?v=C1sPrt4g3WYhttps://youtube.com/watch?v=hcCBQaX1Cec