Şotlandiya hökuməti müstəqilliyə dair yeni referendumun keçirilməsinə hazırlaşır. Məlumata görə, bu haqda Şotlandiyanın baş naziri Nikola Stercen deyib.
Stercenin sözlərinə görə, sənədlərin hazırlanması üçün ilk növbədə referendumun Şotlandiyanın Avropa İttifaqı (Aİ) və vahid Avropa bazarının tərkibində qalması üçün ən yaxşı üsul olduğuna dair qərar verilməlidir. Şotlandiyanın böyük hissəsi referendum zamanı Böyük Britaniyanın Aİ-də qalmasını dəstəkləyib.
\”Şotlandiya aydın və qəti şəkildə Aİ-nin tərkib hissəsi olaraq qalmaq üçün səs verib\”, – deyə Stercen bildirib. Onun sözlərinə görə, ölkə öz gələcəyini məhz Aİ-nin tərkibində görür.
Nikola Stercen – Şotlandiyanın baş naziri
Şotlandiyanın müstəqilliyinə dair ilk referendum 2014-cü ildə keçirilib. O zaman 50%-dan çox şotland Böyük Britaniyanın tərkibində qalmaq üçün səs verib.
Ötən gün isə Böyük Britaniyada ölkənin Aİ-də qalıb-qalmayacağına dair referendum baş tutub. Səs vermənin nəticəsinə görə, Böyük Britaniya Aİ-dən çıxıb. Bundan sonra ölkənin Baş naziri Devid Kemeron istefa verəcəyi haqda qərarını açıqlayıb.
Avropa İttifaqı liderləri artıq birgə bəyanat yayaraq Britaniya xalqının seçiminə hörmətlə yanaşdıqlarını ifadə ediblər və Londondan Aİ-dən çıxmaq prosesini uzatmamasını xahiş ediblər. (ans)
İnterpress.az